Türk xalqı?
Azərbaycan xalqı? ...?
Davud. Eldəniz
Azərbaycanlıları Türk və ya Azərbaycan xalqı adlandırmaq haqqında son zamanlarda fəal azerbaycanlılar arasında şiddətli bəhslər internet yolu ilə irəli sürülübdür. Bu fikirləri iki hissiyə bölmək olar.
1. Türk dilində danışanların hamısı(azərbaycanlı, Qırqız, Türkiyyəli, Özbəy v s birlikdə vahid türk millətinin evladları hesab olaraq, böyük türk xalqını təşkil verirlər.
2. Azərbaycanlılar vahid bir xalq olaraq onları Az. Xalqı və Azərbaycanda danışılan dili Az. Türkcəsi adlandırmaq gərək.
Oyanış dövrdə belə bəhslərin getməsi çox təbii olaraq lazımdır. Obiri tərəfdən istər-istməz belə fikirlər bizim fəal güclərimizi iki yerə bölərək bizi zəyifləndirir.
Bugünki dünyada və Iranda hakim olan vəziyyət, özünə qayıtma və böldürücü millətçiliyə əlverişli zəmin yaradıbdır. Belə bir zamanda yeni bir quvvə "birləşdirən nationalism" fikrinə dayanraq istəyir kiçik türk dilli millətlərdən böyük türk milləti(Oxu: Turan) yaratsın.
Mənim fikrimcə özünə qayıtma və böldürücü millətçiliyə əks olaraq birləşdirici türk millətçiliyin fikirləri( Balkan ilə Çin arasında vahid türk dövlətin və millətin yaratmaq) ağıla batan fikir yox xiyali fikir olaraq Azərbaycanlı millətçilər arasında iki dəstəlik yaradır. Bu fikrin nədən xiyali fikir olmasını görsətmək üçün etnik qrupu millət edən faktlara qıssa nəzər salaq:
Muştərək tarixi əlaqələr: Bunu hamımız bilirik ki, bizim ata-babalarımızın bir böyük hissəsi 1020 m.s Orta Asiyadan Azərbaycana gəlib yerli əhali ilə qaynaşıb və bir neçə yüz illik prosesdə Azərbaycanın bugünki dili, Az. Türkcəsini yaranıbdır. Bu dil Türk dillərinin biri olaraq özünə məxsus özəllikləri vardır. Elə buna görə də bugün Azərbaycanlı Anadoluda və orta Asiyada danışılan dillərin çoxunu, yaxşı anlamır. Bu anlamazlığın kökü ordadır ki, biz azərbaycanlıların orta Asiyada yaşayan türk millətlərilə iqtisadi, siyasi və tarixi əlaqlərimiz az olubdur.
Muştərək tarixi sərhədlər: Tarixin çox zamanlarında(Moğul və Səlcuq impraturluqlarını nəzərə almasaq) Orta Asiya millətləri ilə Azərbaycan Millətinin başqa coğrafiya sərhədləri olubdur.
Iqtisadi sistem: Türk dilli ölkələrdə Fərqli siyasi-Iqtisadi sistemlərin hakim olması bu sistemlərin birbiri ilə birləşməsinə əngəl törədir.
Muştərək dil: Dilin tikinti formına, qaydalı-qaydasızlığına baxmayaraq iki insanın arasında anlayış vəsiləsidir. Vahid dili olan iki kimsə bir birini rahatca düşünməlidirlər; Ancaq bugün Orta Asiyalı Türk ilə Azərbaycanlı Türk birbirlərini rahatca düşünəbilmirlər.
Yuxarıda sayılan faktlara dayanaraq, Türk ölkərindən, Türk dilli xalqlardan, Türk dilli millətlərdən, dünya, Iran, Azərbaycan və ya Anadolu Türklərindən danışmaq olar. Ancaq "Türk xalqı" məfhumunu ümumi şəkildə yox, yeri gələsi işlətmək olar. Məsələn Türk xalqı Iranda və ya Iranda yaşayan türk xalqı.
Şübhəsiz Türk dilli xalqlarının dillərini inkişaf etmək üçün bu xalqların dilçi akademikləri birbirlərilə yaxın əlaqə qurmalı, təcrübə dəyişdirməlidirlər.
Onlarki, istəyirlər Türk dilli xalqları qaynadıb və onlardan vahid bir xalq(oxu: Türk Xalqı)yaratsınlar onu bilməlidilər ki, bu neçə yüz illik bir prosesdir. Bir proses ki, bəlli deyil ona çatan zaman dünyada hansı və neçə dil qalmış olsunlar.
Bir şeyidə yaddan çıxartmayaq ki, Azərbaycan kəlməsi yerinə Türk kəlməsini işlədildiyi zaman Azərbaycan tarixinin neçə önəmli dovranların və şəxsiyyətlərin danmaq məcburiyyətində qalırıq.
Yuxarıda ki, Tarixi, Siyasi, Iqtisadi, Coğrafiyayi illətlərə dayanaraq xalqımızı və dilimizi adlandırmaq üçün "Azərbaycan Xalqı" və "Azərbaycan Türkcəsi" ən uyğun və ən əlverişli adlardılar.